Paşinyanın sərhəd təklifinə Aİ-dən dəstək

Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan ikitərəfli mexanizminin yaradılması təklifini alqışlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “X” səhifəsindəki paylaşımında yazıb.

“Azərbaycan-Ermənistan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifi alqışlanmalıdır”, – deyə o qeyd edib.

Diplomat vurğulayıb ki, Aİ bu sahədəki təcrübəsini tərəflərlə bölüşməyə hazırdır.