Paşinyanın reytinqi tarixi minimuma çatdı

Ermənistan əhalisinin 54%-i anti-Rusiya sanksiyalarını dəstəkləmir.

Globalinfo.az xəbər verir ki, bu məlumat “Gallup”un Ermənistan ofisinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Bundan başqa, əhalinin 80%-i sanksiyaların Ermənistana təsir etdiyini bildiriblər. Respondentlərin 63%-i Rusiya-Ukrayna konfliktinin əslində ABŞ ilə Rusiya arasında aparıldığını söyləyiblər.

Bununla yanaşı, ermənilərin 38%-nin Nikol Paşinyanın fəaliyyətini dəstəklədiyi vurğulanıb. Baş nazirin fəaliyyətinə qarşı isə onların 57,8%-i çıxış edir.