“Bundan sonra taktikamızı dəyişirik, sentyabrda böyük toplanış keçirəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Geqarkunik vilayətində çıxışı zamanı “Vətən üçün Tavuş” hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyan deyib.
Keşiş hərəkatın sentyabra kimi üzvlərinin sayını artırdığını açıqlayıb:
“Hələ ki, sıralar genişlənir. Sentyabrda böyük toplanış olacaq. Bu mübarizə yalnız biz öləndə bitəcək. Məqsədimiz hökumətdə oturan dəccalları aradan götürməkdir”.
Ayşən Mustafa
Globalinfo.az