
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo futbolçu Dioqo Jotanın dəfnində iştirak etmədiyinə görə tənqid edilib.
Globalinfo.az xəbər verir ki, Ronaldonun bacısı Katia Aveiro qardaşına sosial şəbəkədə dəstək olub.
“Atam 2005-ci ildə vəfat edəndə qəbiristanlıqda və getdiyimiz hər yerdə kameralarla, izləyici axını ilə qarşılaşmalı olduq. Diqqət indiki kimi deyildi, biz kilsəni tərk edə bilmirdik”, – Aveiro yazıb.
Qeyd edək ki, Portuqaliya yığmasının və “Liverpul”un 28 yaşlı futbolçusu Dieqo Jotan yol qəzasında dünyasını dəyişib. O, qardaşı Andre ilə birlikdə olub.
Əliyar Xəlil
Globalinfo.az