Paşinyanın qızı işdən ayrıldı – Səbəb

Paşinyanın qızı işdən ayrıldı - Səbəb

Ermənistan baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan çalışdığı şirkətdən ayrılıb.

Globalinfo.az erməni mediasına istinadən xəbər verir ki, M.Paşinyanın işdən azad edilməsi səbəbi açıqlanmır.

Məlumata görə, şirkət işçiləri jurnalistlərə qorxaraq səbəbi açıqlaya bilməyəcəklərini deyiblər.

Qeyd edək ki, Məryəm Paşinyanın ayrıldığı şirkətdən ayda 908 min dram ( təxmini 3830 manat) maaş aldığı bildirilir.

Zaira Akifqızı
Globalinfo.az