Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının seçki proqramı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, baş nazirin “Facebook” səhifəsində qeyd olunan paylaşımda proqramın detalları təqdim edilib.
Proqramda erməni kilsəsində həyata keçiriləcək mərhələli islahat prosesi çərçivəsində hazırki katolikos II Qareginin vəzifədən uzaqlaşdırılması, onun yerinə müvəqqəti rəhbərin seçilməsi təklif olunur. Məlumata görə, bundan sonra fərqli nizamnamə müəyyənləşəcək və yeni rəhbər seçiləcək.
Partiya həmçinin Avropa İttifaqına üzvlük üçün müraciət məsələsini də gündəmə gətirib.