pasinyanin oglu

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat yayıb.

O bu olayın və bir neçə gün öncə parlamentdə deputatlar arasında yaşanan gərginliyin təxribat olduğunu qeyd edib.

Parlament sədri bütün yaşanan gərginliklərin ölkə xaricindən planlaşdırıldığını və həyata keçirildiyini bildirərək, hüquqi-siyasi cavab veriləcəyini söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan parlamentində deputatlar arasında dava düşmüş, nəticədə onlardan biri yaralanmış, digəri saxlanılmışdı.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: