Erməni katolikosu II Qaregin keşişlərin məxfi dinlənilməsi haqqında tapşırıq verib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.
II Qareginin bununla erməni kilsəsindəki xainləri axtardığı vurğulanıb.
Qəzet həmçinin II Qareginin şəxsi təhlükəsizliyini təmin etməyə çalışdığını bildirib.
Dinləmələrin hər yerdə, xüsusilə də katolikosluğa daxil olan ərazilərdə aparıldığı qeyd edilib:
“Keşişlər hesab edirlər ki, belə qorxunun yaranmasının əsas səbəbi hökumətlə münasibətlərin nizamlanmamasıdır. Məhz buna görə də katolikos məşhur teoloqlarla kompromis tapmağa çalışır ki, lazımi anda onları nizamlaya bilsin”.
İlkin Həsənov
Globalinfo.az














