Paşinyanın hər dəfə velosiped sürməsi dövlətə neçəyə başa gəlir? – ŞOK RƏQƏM

Paşinyanın hər dəfə velosiped sürməsi dövlətə neçəyə başa gəlir? - ŞOK RƏQƏM

“Paşinyanın hər bir velosiped gəzintisi dövlətə 12,5 milyon drama (50 min manatdan çox) başa gəlir.

Globalinfo.az xəbər verir ki, bu barədə Politik.am nəşri məlumat dərc edib.

“Son bir neçə aydır Nikol Paşinyan velosiped reklamı kampaniyası ilə məşğuldur. Baş nazir ictimaiyyəti və əcnəbiləri inandırmağa çalışır ki, o, paytaxt ətrafında sakit gəzə bilir. Qayğıları o qədər azdır ki,  hətta vətəndaşlarla velosiped sürməyə də vaxt tapır. Lakin Paşinyanın velosiped kampaniyası dövlətə baha başa gəlir. Rəsmi mənbələr hər bir velosiped gəzintisinə dövlətin təxminən 12,5 milyon dram xərclədiyini bildirir. Belə ki, Paşinyan hər dəfə velosiped sürəndə yüzlərlə polis əməkdaşı pərdə arxasında qalır və müxtəlif küçələri bağlayır. Yüzlərlə Mühafizə Xidmətinin əməkdaşı Nikolu mühafizə ilə təmin edir. Onları bir neçə təcili yardım briqadası müşayiət edir. Yüzlərlə polis və Mühafizə Xidməti əməkdaşının iş vaxtından artıq fəaliyyəti dövlət hesabına ödənilir. Onlar dövlət hesabına əlavə yeməklə təmin olunur, Paşinyanla velosiped sürməyə çıxan onlarla şəxs həvəsləndirilir. Bütün xərcləri toplasaq, yekun məbləğ alınır. Ancaq bu, gözə görünmür. Çünki vəsait müxtəlif idarələrin büdcəsindən götürülür”, – nəşr yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az