Paşinyanın dostu “Bakı ilə razılaş” dedi, İrəvan qarışdı: Dəhlizlə bağlı yeni təhlükə – VİDEO

Paşinyanın dostu "Bakı ilə razılaş" dedi, İrəvan qarışdı: Dəhlizlə bağlı yeni təhlükə - VİDEO

Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və Azərbaycanla sülh sazişinə dair səsləndirdiyi fikirlər İrəvanda təşvişə səbəb olub. Makron sülh müqaviləsinin imzalanmasının münasibətlərdə yeni səhifə aça biləcəyini söyləyib.

Erməni siyasi ekspertlər isə Paşinyanın Paris səfəri və Fransa prezidenti ilə görüşünü İrəvan üçün yeni təhlükə kimi dəyərləndirirlər. Paşinyanın hələ 2022-ci ildə məhz Makronla görüşdən sonra Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı və rəsmi sənədə imza atdığı vurğulanıb. Beləliklə Ermənistanı Azərbaycanla sülh prosesində yeni güzəştlərin gözlədiyi deyilir, liderlərin görüşü isə “pis hadisələrin xəbərçisi” adlandırılır.

Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanda revanşist qüvvələr mövcuddur.

Ətraflı videoda:

Ləman İmran
Globalinfo.az