Paşinyanın arvadı Ter-Petrosyanı təhqir etdi

Paşinyanın arvadı Ter-Petrosyanı təhqir etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyana qarşı sərt ifadələrlə çıxış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, şəxsi sosial media hesabında yazıb:

“Bir az pərişanam. Anlamıram, nəyə görə bu millət üçün bəla olan şəxs və onun sektantları çevriliş planında qeyd olunmayıb”.

Daha sonra Akopyan Ter-Petrosyanı ağır sözlərlə təhqir edib:

“Xəyanətkar şərəfsiz! Bütün xəyanətkar şərəfsizlərin mənəvi lideri! Üstəlik, özünü lider elan edib. Elmi bit!”

Qeyd edək ki, Levon Ter-Petrosyan daha əvvəl Nikol Paşinyanı “millət üçün bəla” adlandırmışdı.

Aysel Əliyeva
Globalinfo.az