Paşinyandan sülh sazişi haqda yeni açıqlama

“İrəvanla Bakı arasında sülh sazişi bir neçə ay ərzində imzalana bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən İpək Yolu Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

“Hazırda sülh sənədi üzərində aktiv iş aparılır. Ümid edirik ki, yaxın aylarda saziş imzalanacaq. Ermənistanın təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsi isə Cənubi Qafqazda sülhün ayrılmaz hissəsinə çevriləcək”.

Əliyar Xəlil
Globalinfo.az