“Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Şuşada yallı gedən zaman verdiyim müsahibələrin birində “Paşinyanın arvadı” sözünü işlətdiyim üçün tənqid olundum”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
“Mülki Məcəllədə, qanunvericilikdə ər-arvad ifadələri yer alır. Əgər bu gün kar-kor sözlərini məhdudiyyətlə əvəzləyiriksə, qanunvericilikdə müəyyən dəyişikliklər edilməli, ər-arvad ifadəsi də “həyat yoldaşı” ilə əvəz olunmalıdır”, – deputat bildirib.
Safura Bənnayeva
Globalinfo.az














