Paşinyanın arvadı müxalifətə belə cavab verdi

Bir müddət əvvəl “Vətən naminə Tavuş” hərəkatı Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın iş adamlarından külli miqdarda pul tələb etdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Paşinyanın həyat yoldaşı və “Mənim addımım” fondunun icraçı direktoru Anna Akopyan həqiqətən də nüfuzlu iş adamlarından 10 milyon dram (25 min dollar) məbləğində ianə tələb etdiyini təsdiqləyən video yayımlayıb.

Video “Vətən naminə Tavuş”hərəkatının ittihamlarına cavab olaraq yayımlanıb. Belə ki, Anna Akopyan onun çağırışına səs verən hər kəsə təşəkkür edib

“Sizin köməyiniz olmadan heç nə edə bilməzdik”, – deyə Akopyan vurğulayıb.

Qeyd edək ki, “Mənim addımım” fondu 2018-ci ilin iyununda, Ermənistandakı məxməri inqilabdan qısa müddət sonra Anna Akopyan tərəfindən təsis olunub. Akopyan yarandığı gündən fondun qəyyumlar şurasına rəhbərlik edib. Lakin 2024-cü il martın 14-də o, fondun icraçı direktoru seçilib və yerini yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan tutub.

Müşviq Tofiqoğlu
Globalinfo.az