Paşinyanın arvadı İranda biabır oldu

İranda səfərdə olan Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan biabır olub.

Globalinfo.az xəbər verir ki, bu məlumatı erməni jurnalist Nairi Oxikyan yayıb.

Onun sözlərinə görə, Akopyan Tehranda erməni icmasının nümayəndələri tərəfindən qəbul edilməyib:

“Anna Akopyan erməni icmasının nümayəndələri ilə görüşə cəhd edən zaman onların hamısından rədd cavabı alıb. İran erməniləri Ermənistandan gəlmiş “nüfuzlu qadın”la görüşməyi arzu etmədiklərini bildiriblər”.

Jurnalist həmçinin Tehrandakı erməni kilsələrinin də Akopyanla görüşdən imtina etdiyini söyləyib.

Zaira Akifqızı
Globalinfo.az