Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ölkənin “uğurlu iş adamları” ilə şam yeməyi təşkil edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, daha əvvəl “uğurlu iş qadınları” ilə görüşən Anna Akopyan budəfəki ziyafəti də eyni şərtlərlə təşkil edir. Baş nazirin həyat yoldaşı ilə şam yeməyinə qatılmaq istəyənlər adambaşına 1 milyon dram (4400 manat) ödəməlidirlər. Görüşün oktyabrın 31-i saat 18:00-da İrəvanda yerləşən “Livinqston” restoranında keçirilməsi nəzərdə tutulur.
Məlumata görə, ödənişlər yeməkdən öncə onlayn şəkildə edilməlidir. Eyni təşkilatdan bir neçə nəfər qatılsa belə, mütləq şəkildə hər adam üçün 1 milyon dram ödənməlidir.
Hazırda ümumilikdə 53 erməni iş adamının bu məbləği qeyd edilən hesaba köçürdüyü və görüşdə iştirak etməyə haqq qazandığı bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














