Paşinyanın adamları küçədə əlbəyaxa davaya çıxdılar – Gülməli səbəb

Ermənistanda Nikol Paşinyanın partiyası olan “Vətəndaş müqaviləsi”nin üzvləri arasında dava düşüb.

Globalifo.az xəbər veir ki, bu barədə Armlur.am saytı yazıb.

Belə ki, Dilicanda keçirilən məclis zamanı partiya üzvləri söhbət üçün küçədə toplaşıblar. Həmin vaxt küçədən keçən Vaxk icmasının sədri Mxitar Matevosyan onlarla salamlaşmayıb. Toplaşanlar əsasən icma və əyalət rəhbərləri olublar. Armavir vilayətinin qubernatoru Edvard Ovannisyan bu zaman Matevosyana müraciət edib və nəyə görə salam vermədiyi soruşub. Bundan sonra onların arasında dava düşüb.

Partiyanın bütün üzvləri demək olar ki, davaya qoşulublar.

Qeyd edək ki, Nikol Paşinyan da həmin vaxt yığıncaqda olub.

Tahir Turan
Globalinfo.az