Paşinyanı hakimiyyətdə Ərdoğan saxlayır – Matevosyan

“Paşinyana hakimiyyətdə qalması üçün dəstəyi ABŞ və Türkiyə verir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Benyamin Matevosyan çıxış edib.

“Gərginliyin olduğu nöqtələrdə ABŞ səfirinin peyda olması, siyasi xaos anında İrəvana ABŞ-dan Ceyms Obrayenin rəhbərlik etdiyi siyasi “desantın” enməsi azmış kimi Paşinyana Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da zəng etdi. Paşinyan hakimiyyətini polisin dəyənəyi və ABŞ-la Türkiyənin siyasi dəstəyi saxlayır”, – o bildirib.

Qeyd edək ki, dünən Paşinyanla Ərdoğan arasında telefon danışığı gerçəkləşib.

Əliyar Xəlil
Globalinfo.az