“Sərhəddə delimitasiya prosesinin həyata keçirilməməsi Azərbaycana eskalasiya üçün daha çox səbəb verə bilər”.
Globalinfo.az xəbər verir ki. bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Gürcüstanla delimitasiya təxminən 20 ildir davam edir, lakin Bakı ilə bu prosesi sürətləndirmək lazımdır. Dörd kəndin yaxınlığında sərhədin müəyyən edilməməsi Azərbaycana bu problemin həllində eskalasiya üçün səbəb verir. Yəni delimitasiya olmadan münaqişənin yenidən alovlanması mümkündür”, – Paşinyan vurğulayıb.
O həmçinin bildirib ki, sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq:
“Bakı ilə razılaşmaya əsasən, sərhəd qoşunları delimitasiya olunmuş ərazilərə yerləşdiriləcək. Çünki sərhədlərdə təhlükəsizliyi təmin etmək onların mandatıdır”.
Əliyar Xəlil
Globalinfo.az














