Paşinyandan SENSASİON açıqlama: “24 il öncə Mehri Azərbaycana veriləcəkdi…”

“44 günlük müharibədən öncə də, sonra da Ermənistanı, Qarabağı satmaqda ittiham edilirdik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Baş nazir hökumətin ittiham edildiyini, lakin günahının olmadığını bildirib:

“Günahımız olmayan bir şeydə ittiham edilirik. İddia olunduğu kimi, biz xalqa Qarabağ məsələsində erməni ideyalarının həyata keçirilməsinin mümkünsüz olduğunu deməmişik. Mən özüm də hazırkı vəziyyətə (Qarabağın itirilməsi – red.) öyrəşə bilməmişəm, lakin bunun alternativi yox idi. Qarabağla bağlı beynəlxalq müstəvilərdə verilən qərar bəllidir. Gələcəkdəki statusu haqqında da dəqiq məlumat yoxdur. Ona görə də keçmiş statusunu sıfırlayırıq və təhvil veririk. Mənim sadəcə bir səhvim var, Qarabağ məsələsinin istənilən şəkildə həllinin mümkün olmadığı barədə insanlara zamanında məlumat vermədim”.

N.Paşinyan 2019-cu ildə Qarabağla bağlı irəli sürülən variantın reallığa uyğun gəlmədiyini bildirib:

2019-cu ildə müdrik bir siyasətçi Qarabağda 7 rayonun Azərbaycana qaytarılmasının və onun statusunun sıfırlanmasının doğru olduğu fikrini irəli sürdü. Qeyd etdi ki, ərazidə Azərbaycan-Ermənistan birgə idarəçiliyi yaradılmalı, Qarabağda azərbaycanlıların sayı artdıqdan sonra onun statusu formalaşmalıdır. Sonra nə olacaqdı? Qara göldə, Zod istiqamətində yaşananlar təkrarlanacaqdı? Əslində biz 30 minlik erməni diskursunu çökdürməyin zəruriliyi ilə üzləşməliyik. İndi bir sual bizi düşündürür: erməni ideyasını çökdürdüyümüz üçün nəticə belə oldu, yoxsa, əslində elə bu şəkildə olmalı idi?”

N.Paşinyan Qarabağ probleminin həlli üçün ən yaxşı variantın 24 il öncə təklif edildiyini deyib:

“Qarabağ probleminin həlli üçün aparılan prosesdə həqiqətən onun həllinə yönələn bir variant olmadı. “Madrid prinsipləri”ndən bu yana masa üzərində olan bütün variantlar Qarabağ məsələsinin həll olunmamasını nəzərdə tuturdu. 1999-cu ildə bunun kökdən həlli üçün sadəcə bir variant irəli sürüldü. Bu variant Mehrinin Qarabağla mübadiləsini nəzərdə tuturdu. Yəni Mehri Azərbaycana veriləcək, Qarabağ isə Ermənistana birləşdiriləcəkdi. Lakin problemin uzadılması Ermənistan və Azərbaycan üzərində bir növ kölgə kimi saxlanıldı”.

Ayşən Mustafa
Globalinfo.az