“Xahiş edirəm, məni təqib etməyin”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin kilsəyə son basqınla bağlı suallarına cavab verərkən deyib.
“Bu gün bu barədə danışacam. Amma sualları cavablandırmayacam”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları Şirak yeparxiyasının qərargahına basqın edib. Ardınca MTN əməkdaşları ilə din xadimləri arasında gərgin vəziyyət yaranıb. Onlar Şirak yeparxiyasının lideri Mikael Ajapahyanın həbs edilməsinə qarşı çıxıblar.
Əliyar Xəlil
Globalinfo.az














