Paşinyandan erməniləri məyus edən “soyqırım” müraciəti

Ermənistan Baş naziri Nikol Paşinyan yenidən qonşularla münasibətlərin normallaşdırılmasından bəhs edib.

Globalinfo.az xəbər verir ki, onun bu fikirləri qondarma “erməni soyqırımı” ilə bağlı xalqa müraciətində yer alıb.

Baş nazir Ermənistan hakimiyyətinin qonşuları ilə əlaqələrin normallaşdırılmasına diqqət yetirəcəyini bildirib:

“Yalnız inkişaf etmiş və suveren dövlət xalqımızın mövcudluğunu, təhlükəsizliyini təmin edə bilər, dövlət olmaq işində hər kəsin öz təhsili, əməyi, vətəndaş məsuliyyəti və nizamlılığı ilə payı var. Regionla bağlı strateji seçimimiz belədir. Bizim regional münasibətlərimizi ətrafımızdakı təhdidlərdən asılı olmayaraq inkişaf etdirmək və nizamlamaq üçün iradəmiz və imkanlarımız varmı?

Hökumətimiz bütün çətinlikləri dərk edərək bu suala pozitiv cavab axtarışı yolu ilə getməyi qərar verib, çünki yalnız bu yol təhlükəsizlik və rifaha zəmanət verə bilər”.

İlkin Həsənov
Globalinfo.az