Paşinyandan I Qarabağ savaşı haqda ŞOK: “Qalib deyildik, çünki…”

Paşinyandan I Qarabağ savaşı haqda ŞOK: "Qalib deyildik, çünki..."

“Birinci Qarabağ müharibəsində Ermənistan qalib glibsə, niyə əhali sürətlə azalıb?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilərkən deyib

Baş nazir Birinci Qarabağ müharibəsinin Ermənistan üçün nəticələrindən söz açıb:

“1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu qeydə alınıb. Bundan sonrakı 20 il ərzində Azərbaycan əhalisi demək olar ki, iki dəfə artıb, Ermənistanın əhalisi isə xeyli azalıb. Bəs qələbə kimin oldu? Niyə Ermənistanın əhalisi o qələbə nəticəsində artmadı, əksinə azaldı? Niyə iqtisadi rəqabətdə Azərbaycanı həmin qələbə ilə məğlub edə bilmədi? Bu, həm də təhlükəsizlik və hərbi büdcələrlə bağlıdır”.

Ayşən Mustafa
Globalinfo.az