Paşinyana xəstəxanadan gələn məsləhət – “Ağır nəticələri olacaq”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistan baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib. O, Paşinyana KTMT-dən, Avrasiya Birliyindən uzaq olmağı, Avropa İttifaqına, NATO-ya, yeni regional təşkilatlara daxil olmağı məsləhət görüb.

Saakaşvilinin Rusiyaya qarşı apardığı siyasətin nəticəsi məlumdur. İndi Nikola verdiyi bu nəsihətlər nə qədər səmimi qəbul edilməlidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov qeyd edib ki, Saakaşvilinin Paşinyana verdiyi məsləhətlər heç bir əhəmiyyət daşımır:

“Onun nə qədər “uğurlu” siyasətçi olduğu, haradan məsləhət verdiyi məlumdur. Ermənistan isə Rusiyadan uzaqlaşa bilməyəcək. Nikol Paşinyan və hakimiyyəti buna cəhdlər edir, lakin unutmamalıdır ki, mövcudluğu Rusiyadan asılıdır. İqtisadi və hərbi cəhətdən də rəsmi Moskvanın asılılığındadır.
Ermənistan kimi zəif, potensialı olmayan ölkənin təhlükəli siyasi avantüralarda iştirak etməsinin ağır nəticələri ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az