Bayramov bu faktı Mirzoyanın üzünə vurdu – Erməni deputat

“Qarabağdan əl çəkən adam indi müttəfiqlərini günahlandırır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Eduard Şarmazanov Baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışına münasibətdə deyib.

“Bütün dünyanın müttəfiqlərdən, beynəlxalq ictimaiyyətdən şikayətlənməyə haqqı var. Lakin Paşinyanın yoxdur. O, hələ 19 sentyabrda Qarabağda əməliyyatlar başladığı zaman canlı yayıma çıxdı və məsələyə qarışmayacağını bildirdi. Əməliyyatlar bitdi, o, yenə canlı yayıma çıxaraq Azərbaycanın etnik təmizləmə aparmadığını dedi. Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu faktı BMT-nin iclasında Ararat Mirzoyanın üzünə vurdu”, – Şahmarzanov bildirib.

Qeyd edək ki, Nikol Paşinyan oktabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Rusiya və KTMT ölkələrini ittiham edərək onların Ermənistanı tək qoyduğunu deyib.

Ayşən Mustafa
Globalinfo.az