Eliyev pasinyan 13131

“Almaniya kansleri Merz ilə Prezident İlham Əliyev arasında Berlin müqaviləsinin imzalanması və dərhal sonra Paşinyana edilən zəng təsdiqləyir ki, hazırkı mərhələdə Avropa üçün enerji və logistika ən vacib məsələdir və Ermənistan bu böyük tənliyə inteqrasiya və ya uyğunlaşma tələb edən bir sahə hesab olunur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni analitik Vardan Balyanın yazıb.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Berlində də öz istəyinə nail oldu:

“Strateji tərəfdaşlığın imzalanması və Almaniya kapitalının cəlb edilməsi! Bu kontekstdə Almaniya kanslerinin telefon danışığı heç də təntənəli sayıla bilməz. Bu o deməkdir ki, “biz Bakı ilə böyük iqtisadi müqavilə bağlayırıq və siz sülh prosesini sürətləndirməli və ya tamamlamalı, nəqliyyat qovşaqlarını, ilk növbədə Zəngəzur dəhlizini açmalısınız”.

Daha başa düşülən dildə desək, Paşinyana konstitusiya referendumunun keçirilməsini sürətləndirmək və sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın ilkin şərtlərinin yerinə yetirilməsini təmin etmək tövsiyə olunub. Bu, Bakının gizlətmədiyi ilkin şərtlərdir. Ermənistanda hakimiyyət uğrunda əsl mübarizə həlledici mərhələyə qədəm qoyur. Əsl kino tezliklə başlayacaq”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: