Paşinyana Putinlə bağlı məxfi təlimat – “Bakıya arxadan zərbə…”

“Ermənistan hakimiyyətinin Qərbpərəst mövqeyi aydındır. Ayrı-ayrı Qərb dövlətləri rəsmi İrəvandan Rusiyaya qarşı mübarizə üçün və Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsi üçün istifadə edirlər”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Almaniyanın Münhen şəhərində səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Riçard Murla görüşməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, indiki geosiyasi vəziyyətdə – Üçüncü Dünya müharibəsinin faktiki olaraq başladığı və yeni dünya nizamının yaranmaqda olduğu bir vaxtda daha həyati əhəmiyyətli hesab olunan məsələdir:

Nikol Paşinyanın Riçard Murla görüşü

“Britaniyanın Ermənistandan Azərbaycan əleyhinə istifadə edəcəyinə inanmıram. Çünki Parisdən fərqli olaraq Londonla Bakı arasında xüsusi əhəmiyyətli, tərəfdaşlıq münasibətləri var.

Azərbaycanın Britaniya ilə münasibətləri, hətta Almaniya və ABŞ-la münasibətlərdən də daha yüksəkdir. Britaniya Baş naziri Rişi Sunak bu günlərdə Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi, o, Ermənistanla sülh üçün tarixi fürsətin yarandığını qeyd etdi. Belə olan halda Londonun Bakıya arxadan zərbə vuracağı inandırıcı görünmür. Amma Rusiya, xüsusilə Vladimir Putin hakimiyyəti əleyhinə fəaliyyət güclənə bilər. Bu, həm də prezident seçkilərində Putinin qalib gəlməsinin qarşısını almaq üçündür.

Ancaq Ermənistan Baş naziri Nikol Paşinyan “odla oynayır”. Moskva bunları İrəvana bağışlamaz”.

Turan Rzayev
Globalinfo.az