evez zeynalli 2

Xəbər verdiyimiz kimi, “Xural” Media Qrupunun rəhbəri, jurnalist Əvəz Zeynallı vəfat edib. Jurnalist uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Globalinfo.az Əvəz Zeynallının dosyesini təqdim edir.

Ə.Zeynallı 1 yanvar 1970-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988–1990-cı illər ərzində Sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə çalışıb.

Əvəz Zeynallı Türkiyədə olarkən “Böyük Gələcək” dərgisini nəşr etdirib.

1999-cu ildən etibarən “Günaydın”, “P. S.”, “Millətin səsi” qəzetlərinin yazarı, Vətəndaş Həmrəyliyi qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb və bu qəzetin baş redaktoru işləyib. 2010-cu ildən onun rəhbərlik etdiyi https://www.xural.com/ saytı fəaliyyət göstərir.

Jurnalistin həbsi

2011-ci ildə külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət alma, o cümlədən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamları irəli sürülərək azadlıqdan məhrum edilib. 2014-cü ildə Prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa buraxılıb.

Əvəz Zeynallı 2022-ci il 10 sentyabr tarixində Cinayət Məcəlləsinin 311.3.3, daha sonra Cinayət Məcəlləsinin 312–1 maddəsi ilə irəli sürülən ittiham ilə həbs olunub. Jurnalist ittihamların heç birini qəbul etməyib.

O, 2025-ci ilin aprelində xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə etdiyi müraciət əsasında azadlığa buraxılıb.

Paylaş: