Paşinyan türk ölkəsində… – Müəmmalı zəngdən iki gün sonra 

Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı ilə birgə Qazaxıstana yola düşüb.

Globalinfo.az xəbər verir ki, Paşinyan burada Avrasiya İttifaqının hökumətlərarası şurasının iclasında iştirakı nəzərdə tutulub.

Onun həmçinin Qazaxıstanda Rusiya Baş naziri Mixail Mişustinlə də görüşü gözlənilir. Tərəflər görüşdə nələrin müzakirə ediləcəyi barədə məlumat yaymayıb.

Qeyd edək ki, iki gün öncə Paşinyan Rusiya Prezidenti Vladimir Putinə təcili zəng edib. Telefon danışığı zamanı iki ölkə arasındakı və Qafqazdakı son vəziyyət müzakirə edilib. Bu zəngdən sonra Paşinyanın Mişustinlə görüşü ona Moskvadan xüsusi tapşırığın göndəriləcəyi ilə bağlı ehtimallar yaradıb.

İlkin Həsənov
Globalinfo.az