Paşinyan toya gəldi, 900 nəfəri narahat etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik tədbirlərini gücləndirməsi hazırda erməni mətbuatının əsas gündəmidir.

Globalinfo.az xəbər verir ki, onun ən yaxınlarına belə güvənmədiyi, görüşəcəyi hər kəsin yoxlanışdan keçməli olduğu bildirilir.

Hətta müdafiə naziri Suren Papikyanın müşavirinin oğlu Arşak Orduxanyanın toyunda məkana daxil olmazdan əvvəl 900 nəfər qonağın hər biri metal aparatı vasitəsilə yoxlanılıb. Baş nazir yalnız bundan sonra toy keçirilən zala daxil olub.

Qeyd edək ki, bir qədər əvvəl Nikol Paşinyanın partlamentdə deputatlarla görüşündən öncə onların telefon və ağıllı saatlarının yığılmasını, hər birinin yoxlanılmasını əmr etdiyi açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az