Paşinyan: “Sülhməramlılardan cavab gözləyirəm, niyə bizə icazə verilmir?”

“Laçın yolunu Azərbaycan tərəfindən bağlanılmadığı deyilib, onda sülhməramlılar niyə hərəkət etmir?”

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir sülhməramlıların izahat verməli olduğunu bildirib:

“Əgər vəziyyət belədirsə, rus sülhməramlıları niyə bizim göndərdiyimiz humanitar yükləri Qarabağa buraxmırlar? Onlardan cavab gözləyirik, izahatlarını dinləmək lazımdır. Bu məsələ aydınlaşmalıdır, aidiyyatı qurumlarımız mövzunu araşdırmalıdırlar.

Mən Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması əsasında sülhün bərqərar olmasına, saziş imzalanmasına sadiqliyimizi bir daha vurğulamaq istəyirəm. Hər şeyə rəğmən, uzunmüddətli, sabit və davamlı sülhə nail olmaz şansımız var”.

Ayşən Mustafa
Globalinfo.az