“Ermənistanın hazırkı hökuməti sülh müqaviləsində vasitəçi rolunu üzərinə götürməsi üçün Türkiyəyə daha loyal davranmağa çalışır və Azərbaycanla rəqabət girir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, İrəvan Ankaranın regiondakı proseslərdə əsas rolu üzərinə götürməsi üçün çalışır:
“Hökumət bu məsələdə əlindən gələni edir. Bu istiqamətdə atdığı addımları isə fərqli şəkillərdə əsaslandırır və xalqa təqdim edir. Keçmiş prezident Serj Sərkisyan “futbol diplomatiyası” prosesinin təşəbbüskarı olduğu vaxtlarda Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Sərkisyan Ankaranı proseslərdən kənarda saxlamaq istəyirdi, lakin hazırkı Baş nazir Nikol Paşinyan tam əksini edir”.
Qeyd edək ki, S.Sərkisyan 2009-cu ildə Ermənistan və Türkiyənin futbol üzrə milli komandaları arasında keçirilən qarşılaşmanı izləmək üçün Türkiyəyə səfər etmişdi.
Əliyar Xəlil
Globalinfo.az














