resize 1

Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan insanlara açıqlama verməzdən əvvəl Baş nazir Nikol Paşinyanla görüşmək istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, Şahramanyan Paşinyanla görüşdən sonra Qarabağdan köçən ermənilərə vəziyyətlə bağlı açıqlama verməyi planlaşdırır. Paşinyanın müavini Tiqran Xaçatryan isə Şahramanyanla əlaqə saxlayaraq deyib ki, onun Qarabağ məsələsinə artıq heç bir aidiyyəti yoxdur. Ermənistana köçən Qarabağ sakinlərinin taleyi ilə İrəvan özü maraqlanacaq və “artsax” məsələsi tamamilə bağlanıb. Məlumata görə, Xaçatryan Şahramanyana artıq özünə iş tapmalı olduğunu deyib və diqqətini ailəsinə yönəltməsini tapşırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: