Paşinyan razılaşıb, xahiş etdilər ki, gizlədim – Erməni deputat

“Ermənistanla Azərbaycan eksklavlar barədə razılaşıblar”.

Globalinfo.az xəbər verir ki, bunu Şərəf Duyuram Blokundan olan deputat Ayka Mamicanyan deyib.

“Hökumətin deputatlarından biri məndən xahiş etdi ki, beynəlxalq arenalarda eksklavlarla bağlı çıxış etməyim. O məni əmin etdi ki, məsələ artıq həll olunub və müzakirəyə ehtiyac yoxdur”, – o bildirib.

A.Mamicanyan həmçinin Paşinyanın bu gün qərar qəbul etmək üçün vaxtının tamam olacağını qeyd edib. O, Nikolun Ermənistanın intiharına imza atacağını, ya da istefaya gedəcəyini söyləyib.

İlkin Həsənov
Globalinfo.az