Paşinyan qorxudan TARİX: “27 oktyabr təkrarlana bilər”

“Ötən gün Ermənistan parlamentində Avropa İttifaqına üzvlük məsələsinin müzakirəsi zamanı baş nazir və hakim partiyadan bir neçə şəxs istisna qalanlarının aktiv olmaması diqqət çəkdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Lusine Şahverdyan deyib.

Jurnalistin sözlərinə görə, baş nazir Nikol Paşinyan bu prosesdə öndə görünmək istəmir, çünki 27 oktyabr hadisəsinin təkrarlanmasından çox qorxur:

“Avropa İttifaqına üzvlük üçün müracətin edilməsi ilə bağlı müzakirələrdə əsasən qərbyönümlü deputatların çıxışına şərait yaradıldı. Hakim “Mülkü müqavilə” fraksiyasından xarici əlaqələr komitəsinin üzvlərindən bir neçə nəfəri çıxmaqla qalan heç kim iştirak etmədi. Paşinyan və dəstəsi bu müzakirələrdə arxa planda qalmağı və prosesi belə şəkildə idarə etməyə üstünlük verdilər. Onlar Ermənistanın Rusiyadan uzaqlaşaraq Avropaya üz tutumasını xilas yolu kimi göstərməyə çalışırlar. Lakin prosesdə çox gözə batmaq istəmirlər, bunu xalqın və digər deputatların iradəsi kimi təqdim etməyə çalışırlar. Çünki Nikol Paşinyan 27 oktyabr hadisələrinin təkrarlanmasından çox qorxur. Hətta fraksiya üzvlərindən biri qısa müddət öncə bu hadisənin arxasında Rusiyanın olduğunu iddia etmişdi. Paşinyan anlayır ki, baş verənlər Aİ-yə üzvlük prosesi çərçivəsində yenidən yaşana bilər.

Qeyd edək ki, 2 oktyabr 1999-cu ildə 5 silahlı şəxs Ermənistan parlamentinə daxil olaraq ölkənin o zamankı baş naziri Vazgen Sərkisyan və Milli Məclisin spikeri Karen Dəmirçiyan daxil olmaqla 8 nəfəri güllələyərək qətlə yetiriblər.

Ayşən Mustafa
Globalinfo.az