“Paşinyan qışqıracaq, təhqir edəcək” – Petrosyandan Qareginə 

"Paşinyan qışqıracaq, təhqir edəcək" – Petrosyandan Qareginə 

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla bütün ermənilərin katolikosu II Qareginin görüşünün detalları ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.

“Levon Ter-Petrosyan çıxışında narahatlığını ifadə edib və katolikosu sakit, ayıq-sayıq olmağa, heç bir təxribata boyun əyməməyə çağırıb. O deyib  ki, heç bir orqanın kilsənin suverenliyinə müdaxilə etmək və onun iradəsini diktə etmək hüququ yoxdur.

“Nikol Paşinyanı yaxşı tanıyıram. O, dayanmayacaq – qışqıracaq, təhqir edəcək, təxribat törədəcək. Amma kilsə öz tarazlığı ilə buna qarşı çıxmalıdır” – bu, təxminən birinci prezidentin dediyi sözlərdir”, – deyə nəşr yazıb.

Məlumata görə, görüşdə II Qaregin son vaxtlar müxtəlif istiqamətlərdən davamlı xəbərdarlıq və təhdidlər aldığını bildirib:

“O deyib ki, həbslə hədələnir. Görüşün gələcək hadisələrə necə təsir edəcəyini zaman göstərəcək”.

Əliyar Xəlil
Globalinfo.az