Paşinyan qapalı iclas keçirir: Ordu müzakirəyə çıxarılır

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan yenidən parlamentə gələcək.

Globalinfo.az xəbər verir ki, erməni mətbuatı parlamentdə 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın ilkin dinlənilməsinin həyata keçiriləcəyini bildirib.

Bununla belə, Paşinyanın parlamentə özəlliklə müdafiə və milli təhlükəsizlik sahəsində fəaliyyətin nəticələri haqqında keçiriləcək iclasda iştirak üçün gəldiyi vurğulanıb. İclasın qapalı keçirilməsi nəzərdə tutulub.

Paşinyanla yanaşı parlamentə müdafiə naziri, daxili işlər naziri, fövqəladə hallar naziri və Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin gələcəyi gözlənilir.

İlkin Həsənov
Globalinfo.az