Paşinyan 6 ay əvvəl təyin etmişdi, işdən çıxardı – FOTO

Ermənistanın Hərbi Səneye Komitəsinin sədri Artyom Meqrabyan işdən çıxarılıb.

Globalinfo.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Sərəncam imzalayıb.

Sərəncama əsasən Artyom Mehrabyan iyulun 1-də tutduğu vəzifədən azad ediləcək.

Qeyd edək ki, o, bu vəzifəyə 2024-cü il yanvarın 25-də təyin olunmuşdu və bundan əvvəl ölkənin müdafiə müəssisələrindən birinə rəhbərlik edib.