“Hakimiyyət ölkəni yeni fəlakətə aparır”.
Globalinfo.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasından olan millət vəkili Tiqran Abramyan deyib.
O bildirib ki, Ermənistan ictimaiyyətinin böyük əksəriyyəti Qazaxın kəndlərinin Azərbaycana təhvil verilməsi məsələsinə birtərəfli güzəşt və kapitulyasiya kimi baxır:
“Çünki onlar hakimiyyətin bəyan etdiyi prinsiplərin məntiqini görmürlər. Digər tərəfdən, hakimiyyətin atdığı addımları nəzərə alsaq, Paşinyan və onun administrasiyasına artıq inam qalmayıb”.
Erməni müxalif siyasətçi hesab edir ki, kəndlərin təhvil verilməsi təkcə Azərbaycanın regionda rolunun artmasına deyil, həm də Ermənistanın zəifləməsinə gətirib çıxaracaq.
“Ermənistan hakimiyyətinin atdığı addımların siyasi, hüquqi və təhlükəsizlik nəticələrindən xəbərsiz olması barədə deyilən fikirlərə inanmıram. Hakimiyyət lap əvvəldən uduzduğu oyuna qarışıb və hətta bütün bunları başa düşərək ölkəni yeni fəlakətə sürükləyib, öz xalqını düşmənçilik obyektinə çevirib”, – Abramyan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az














