Paşinyan niyə yaxın adamını Moskvaya göndərdi?

“Ermənistanın hakim Mülki Müqavilə Partiyasının bir çox üzvü bu vəzifədən qurtulmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

Politoloq partiya üzvlərindən Nikol Paşinyana yaxınlığı ilə bilinən Qurgen Arsenyanın Ermənistanın Rusiyadakı səfiri təyin edilməsinə münasibət bildirib.

Onun sözlərinə görə, Q.Arsenyanın təyinatı Moskva və İrəvan arasındakı münasibətlərdə heç nəyi dəyişməyəcək:

“Burada problem Arsenyanın kim və necə biri olması deyil. İki ölkə arasındakı münasibətlərdə dövlət başçılarının əlaqələri vacib rol oynayır. Bu səviyyədə strateji qərarlar qəbul edilir. Təəssüf ki, Rusiya və Ermənistan arasında bu baxımdan hazırkı vəziyyət heç də nikbinlik doğurmur. Yəni bu təyinat heç bir şeyi dəyişməyəcək”.

Qeyd edək ki, Qurgen Arsenyan təyinatdan öncə Ermənistan parlamentində hakim fraksiyanın deputatı olub.

Ayşən Mustafa
Globalinfo.az