85632009 0 0 1440 960 1440x900 80 0 1 6188c783c289997504e81b3162105a85.jpg

Nikol Paşinyan Kremldə Rusiya Prezidenti Valdimir Putinlə görüşüb.

***19:45

Nikol Paşinyanın olduğu təyyarə Moskvaya eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyanın Moskvaya səfəri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı razılaşdırılıb.

Ermənistanın Baş naziri gərgin iş qrafiki səbəbilə digər ölkə liderləri ilə görüşün planlaşdırılmadığını bildirib.

***17:09

Ermənistanın Baş naziri Nikol Paşinyan 9 May- Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə keçiriləcək hərbi parad və tədbirlərdə iştirak etmək üçün Moskvaya gedir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Onun təyyarəsinin Rusiyaya yola düşdüyü bildirilir. Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və bir sıra ölkə rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin paradda iştirak etməyəcəyi açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: