Paşinyan Moskvadan qayıdan kimi Zəngəzura gəldi, VİDEO yaydı

pasinyan teyyare 0

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan səfərdən qayıtdıqdan sonra həyat yoldaşı Anna Akopyanla bilikdə Zəngəzura səfər edib. 

Globalinfo.az xəbər verir ki, o, Qafan şəhərinə gedib və səfərdən video yayımlayıb.

“Və biz yenidən Qafana qayıtdığımız üçün xoşbəxtik”, – Paşinyan paylaşımında qeyd edib.

Məlumata görə, baş nazir, Anna Akopyanın “Təhsil dəbdədir” layihəsi çərçivəsində Qafanda keçiriləcək tədbirə qatılacaq. O, həmçinin şəhərdə muzey açılışında da iştirak edib.

Ermənistan KİV yazır ki, Paşinyanın son zamanlarda Zəngəzur bölgəsinə ard-arda səfərləri diqqət çəkir. Lakin bölgə sakinləri onun əraziyə gəlişini narazılıqla qarşılayırlar.

Əliyar Xəlil
Globalinfo.az