Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada da velosiped gəzintisinə çıxıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, erməni baş nazir gəzintisinin görüntülərini Teleqram kanalında yayımlayıb.
“Moskva çayının sahilində çox yaxşı velosiped yolu var və bu gün velosiped sürdük”, – Paşinyan bildirib.
Teleqram kanalları isə Nikol Paşinyanın velosiped sürərkən mühafizəsinin təşkilini əks etdirən görüntü paylaşıb.
Qeyd edək ki, Paşinyan MDB Dövlət Başçıları Şurasının bu gün keçiriləcək iclasında iştirak etmək üçün dünən Moskvaya gedib.














