Paşinyan Laçın yolunu yox, bunu istəyir – Erməni politoloq

İrəvanın əsas məqsədi Laçın yolunun açılması deyil, sülh razılaşmasını Moskvanın yox, Brüsselin himayəsi altında imzalamaqdır.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qrant Mikayelyan deyib.

“Bu həmçinin İrəvanın Laçın yolunun açılması ilə bağlı hansı səviyyədə aktivlik göstərməsindən də aydın olur. Baxın, görün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hansı bəyanatları verir”.

Mikayelyan Rusiyanın Qarabağda yaranan hansısa problemin həlli ilə ciddi məşğul olmaq niyyətində olmadığını qeyd edib:

“Əgər Rusiya Qarabağdakı vasitəçiliklə bağlı eksklüziv rolunun davamında israr edirsə, o, gərək belə məsələləri həll edəcək vəziyyətdə olsun. Əks təqdirdə nizamlama prosesi daima Azərbaycanın xeyrinə olacaq”.