silah

“Ermənistanda özünümüdafiə məqsədilə silah alanların sayı 1-3 faizdən çox deyil”.

Globalinfo.az xəbər verir ki, bunu “Azatazen” ictimai təşkilatının rəhbəri İşxan Gevorkyan deyib.

O bildirib ki, yeni qanunun tətbiqi ilə vətəndaşların odlu silah üçün lisenziya almaq xərcləri təxminən 7 dəfə artıb.

Vətəndaşların silah əldə etmə məqsədləri kifayət qədər müxtəlifdir. Bəziləri müharibəyə hazır olmaq üçün atıcılıq vərdişlərini inkişaf etdirir, digərləri özlərini müdafiə etmək üçün silah alırlar. Yeni qanunun müsbət cəhətlərindən biri də odur ki, icbari imtahanlardan uğurla keçənlər nəinki hamar yivli, həm də tüfənglər almaq hüququ əldə edəcəklər”, – deyə Gevorkyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan Daxili İşlər Nazirliyi silahların verilməsi qaydalarını sərtləşdirəcəyini açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: