Paşinyan kimdən qorxur? – “Bütün adamlarını Akopyan seçir”

Nikol Paşinyan son zamanlar ictimaiyyət arasında səmimi görüntülər verməsinə baxmayaraq, reallıqda özünün kölgəsinə də güvənməməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

“Onun yaxın ətrafında söhbət gəzir ki, Paşinyan bütün hüquq mühafizə orqanlarının rəhbərlərinə Mülki Müqavilə Partiyasının bütün üzvlərinin istisnasız dinlənilməsi tapşırığı verib. Xüsusilə Paşinyan Mülki Müqavilənin ona yaxın üzvlərinə etibarını itirib” – deyə qəzet yazıb.

“Hraparak” iddia edir ki, Paşinyan artıq özünə etibarlı adamları həyat yoldaşı Anna Akopyan tərəfindən test edildikdən sonra seçir.

Əliyar Xəlil
Globalinfo.az