Paşinyan Kallasla sülhü müzakirə edib

Paşinyan Kallasla sülhü müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunur ki, tərəflər regional vəziyyəti və sülh prosesini müzakirə ediblər.

Aİ-nin ali nümayəndəsi qeyd edib ki, Brüssel Ermənistan-Azərbaycan ikitərəfli danışıqları zamanı qeydə alınan, regionda sabitlik və sülhün bərqərar olması üçün əsas ola biləcək müsbət irəliləyişi qeyd etməkdən məmnundur.

Aysel Əliyeva
Globalinfo.az