Ermənistanın Baş naziri Nikol Paşinyan İstanbuldakı Göy Məscidi (Sultan Əhməd Məscidi) ziyarət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
“İstanbuldakı Göy məscidi ziyarət etdim”, – deyə Paşinyan paylaşımında qeyd edib.
Xatırladaq ki, bu gün Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.
Aysel Əliyeva
Globalinfo.az














