Paşinyan Gürcüstan ssenarisini tətbiq edəcək – Erməni politoloq

“ABŞ ümid edir ki, Cənubi Qafqaz KTMT-nin deyil, NATO-nun tərkib hissəsi olacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Hraparak” nəşrinə erməni politoloq Armen Baqdasaryan deyib.

“ABŞ Ermənistanın Rusiya hərbi bazasını öz ərazisindən çıxarmağa tam qərarlı olmasını gözləyir. Ona görə deyirlər ki, Ermənistanın səylərini dəstəkləyirlər, ancaq bunlar kifayət etmir, daha cəsarətli olmalıyıq. Bu cəsarətli addımlar atılsa, nə baş verəcək, hər birimizə aydındır. Qonşu Gürcüstanda baş verənlər təkrarlanacaq, sadəcə bir fərqlə:

Gürcüstan az itki verdi, az ərazi itirdi – yalnız Abxaziya və Cənubi Osetiyanı. Bizdə fərqli olacaq.

Nikol Paşinyanın təsəvvür etdiyi xoşbəxtlik rəqslər və şərab içməkdir. İstənilən halda Paşinyan Ermənistanı Gürcüstanın taleyini təkrarlamağa məcbur edə bilməz.
Bu hakimiyyət dövləti idarə etməməlidir”, – politoloq bildirib.

Globalinfo.az