Ermənistan Baş naziri Nikol Paşinyan Estoniyaya rəsmi səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Səfər çərçivəsində Nikol Paşinyan Estoniya Prezidenti Alar Karis ilə görüşəcək.
Onun Estoniyanın Baş naziri Kristen Mixal ilə də danışacağı, ondan sonra görüşün geniş tərkibdə davam etdiriləcəyi bildirilir. Görüşdən sonra Ermənistan və Estoniyanın baş nazirləri mətbuata açıqlamalar verəcəklər.
Ermənistan Baş nazirinin Estoniya parlamentinin sədri Lauri Xussarla görüşü də planlaşdırılıb.














